Kaxa Kaladze: "Azərbaycanın enerji layihələri həm Gürcüstan, həm də Avropa üçün böyük əhəmiyyət kəsb edir"

Kaxa Kaladze: "Azərbaycanın enerji layihələri həm Gürcüstan, həm də Avropa üçün böyük əhəmiyyət kəsb edir"
# 18 aprel 2015 12:39 (UTC +04:00)

Bunu APA-nın Gürcüstan bürosuna bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

"Biz Azərbaycan ilə həmişə əməkdaşlıq edəcəyik. Azərbaycanlılar bizim dostumuz, qardaşlarımızdır. Biz birlikdə çoxlu layihələr həyata keçiririk və biz birlikdə bu işi davam etdirəcəyik. Azərbaycan neft-qaz məhsullarını Gürcüstan və Türkiyə vasitəsi ilə Avropa ölkələrinə nəql edən ölkədir", - deyə Gürcüstan hökumətinin rəsmisi qeyd edib.

K. Kaladze Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdiyi enerji layihələrini yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR