Sumqayıt avtomobil yolundakı körpüdə yaranan problem aradan qaldırılıb

 Sumqayıt avtomobil yolundakı körpüdə yaranan problem aradan qaldırılıb
# 01 aprel 2013 07:02 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. H.Z.Tağıyev qəsəbəsi-Sumqayıt avtomobil yolunun 7-ci kilometrində yerləşən körpüdə yaranan problem artıq aradaq qaldırılıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, iki körpünü ayıran zolaqlar birləşdirilərək ümumiləşdirilib: «Sözügedən işlər bir gün ərzində – nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmadan – həyata keçirilib. Birləşdirilən zolaqlar yeni asfalt-beton örtüyü ilə döşənib».

Qeyd edək ki, döngədə inşa olunan körpü 4 zolaqdan ibarətdir, yəni zolağın ikisi bir istiqamətdə, digər ikisi isə əks istiqamətdədir. İki körpüdən ibarət olan bu yolun uzunluğu 42 metr, eni isə 15,6 metrdir və yolun ortasında 5 sm-lik təkər qaytaranlar tikilib. Körpüdə təkər qaytaranlar dağıdılıb, bu da avtomobillərin yüksək sürətlə bu körpüdən keçmələri ilə əlaqədar olub. Belə ki, burada maksimal sürət həddi 60 km/saat olduğu halda, nəqliyyat vasitələri körpünün üzərindən nəzərdə tutulmuş sürətdən artıq hərəkət edir və bunun nəticəsində iki körpünün arasında tikilən təkər qaytaranlar dağılıb.

Martın 29-da «Azəryolservis» ASC-nin rəsmiləri tərəfindən araşdırma aparılıb və yaranan problem artıq aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR