Hicran Hüseynova: "Komitə belə faktlara qarşı daim profilaktik tədbirlər aparır"

Hicran Hüseynova: "Komitə belə faktlara qarşı daim profilaktik tədbirlər aparır"
# 01 iyun 2015 10:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mayın 28-də Bakının Pirallahı rayonunda 5 yaşlı qızın zorakılıqla qətlə yetirilməsinə münasibət bildirərkən deyib.

H. Hüseynova qeyd edib ki, komitə belə faktlara qarşı daim profilaktik tədbirlər aparır: “Bu məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur. Buna baxmayaraq gələcəkdə belə halların heç baş verməməsi üçün biz profilaktik tədbirlər də aparırıq. Bu bütün dünyada baş verən haldır. Buna qarşı yeganə mübarizə də profilaktik tədbirlərin görülməsidir”.

Qeyd edək ki, Pirallahı rayon sakini 5 yaşlı A.Q. zorakılıqla qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR