ARDNŞ “Abşeron” yatağının işlənməsinə dair danışıqlar aparır

ARDNŞ “Abşeron” yatağının işlənməsinə dair danışıqlar aparır
# 21 noyabr 2014 17:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Fransanın “Total” neft-qaz şirkəti ilə “Abşeron” yatağının işlənməsinə dair danışıqlar aparır”.


APA-Economics”in məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, ARDNŞ “Total”ın “Abşeron” yatağının işlənməsində maraqlıdır. “Hansı vaxt çatdırılacaqsa, biz onun effektivliyi səviyyəsində baxacağıq. Əgər bu qurğu “Azəri-Çıraq-Günəşli” yatağında daha böyük xeyir verə bilərsə, biz ona yönələcəyik”.

R. Abdullayev deyib ki, ARDNŞ BP şirkəti ilə birgə “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi ilə bağlı alternativ proqram hazırlayır: “Bu proqram uzunmüddətli və stabil neft istehsalını nəzərdə tutur. Bu proqram tam hazır olmadığı üçün bu barədə danışmaq çox tezdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR