ABŞ dövlət katibi Azərbaycan prezidentinə zəng edib

ABŞ dövlət katibi Azərbaycan prezidentinə zəng edib
# 30 iyun 2016 20:29 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın xəbərinə görə, söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib.

ABŞ dövlət katibi Con Kerri və dövlətimizin başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivlərini də müzakirə ediblər.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR