Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yeni yol ötürücüləri qurulur - FOTO

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yeni yol ötürücüləri qurulur - <span style="color: red;">FOTO
# 19 noyabr 2014 13:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində, 9-cu km-də yerləşən mövcud yol ötürücüləri sökülərək yerində müasir tipli yol ötürücülərin inşasına başlanılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən “APA-Economics”ə daxil olan məlumata görə, Sovet dövründə inşa olunan yol ötürücülərdən fərqli olaraq yeni tikilən müasir yol ötürücüləri 4 aşırımdan ibarət olacaq.

“Bununla da sonuncu aşırımın alt hissəsindən əks tərəfə keçid məqsədilə yeni hissə salınacaq. Uzunluğu 110 m nəzərdə tutulan yol ötürücülərin birinin eni 13,5 m, digərinin isə 15,5 m olacaq”, - deyə məlumatda qeyd edilib.

Şəhərə giriş hissədə yerləşən yol ötürücüsünün 1 dayağı artıq hazırdır, 2-ci və 3-cü dayaqların isə təməli betonlanıb. Hazırda dirəklər montaj olunur.

Şəhərdən çıxış üçün nəzərdə tutulan yol ötürücüsündə dayağın armaturu yığılır. İşlərin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR