FED: Bu il uçot dərəcəsi bir dəfə artırılacaq - YENİLƏNİB

FED: Bu il uçot dərəcəsi bir dəfə artırılacaq - <span style="color: red;">YENİLƏNİB
# 15 iyun 2016 21:25 (UTC +04:00)

Bakı-APA. Federal Ehtiyatlar Sistemi istisna etmir ki, uçot dərəcəsi bir müddət dəyişməz olaraq 0,25-0,5% səviyyəsində qalacaq.

APA-Economicsin məlumatına görə, bu barədə təşkilatın iyun iclasının yekunlarına dair xəbərində deyilir.

“Gözlənildiyinə görə, iqtisadi şərait uçot dərəcəsinin yalnız tədricən artırılmasına əsas verəcək. Ümumilikdə, uçot dərəcəsində dəyişiklik iqtisadi perspektivlərdən asılı olacaq”, FES-in məlumatında qeyd olunur.

FES-in növbəti iclası iyulun 26-27-də keçiriləcək.

***

22:51

Bakı - APA-Economics. Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclasın yekununda uçot dərəcəsinin dəyişməməsi ilə bağlı qərarı yekdilliklə qəbul edib.

APA-Economics” xəbər verir ki, FED rəhbərliyi bu il bir dəfə uçot dərəcəsinin artırılmasına qərar verib.

İclasın yekununa həsr olunan protokolda bildirilir ki, ABŞ-da işsizliyin səviyyəsi azalır, lakin azalma tempi zəifləyib.

Bundan başqa, FED 2016 və 2017-ci il üçün iqtisadi artım tempi ilə bağlı proqnozlarını azaldıb. Belə ki, bundan öncə bu il üzrə iqtisadi artım 2,2% səviyyəsində gözlənilirdisə, ABŞ Mərkəzi Bankı proqnozunu 2%-ə endirib. Bununla yanaşı, 2017-ci ildə iqtisadiyatın 2,1% böyüyəcəyi proqnozlaşdırılsa da, hazırda proqnoz 2% üzərində qurulub.

SAAT 22:04



Bakı - APA-Economics. Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclası yekunlaşıb.

"APA-Economics" xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR