Azərbaycanda ilk dəfə dəmir yolunda yoldəyişən qurğuların yığılması üçün meydança tikilib

Azərbaycanda ilk dəfə dəmir yolunda yoldəyişən qurğuların yığılması üçün meydança tikilib
# 19 iyul 2016 13:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda dəmir yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr əsasən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında hazırlanır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, kustar texnologiyalarla yeni tələbatları ödəmək artıq yetərli olmadığı üçün Səngəçal istehsalat bazası yenidən qurulur.

Bu ilin yanvar ayında start götürən yenidənqurma işləri başa çatandan sonra burda bir deyil, iki baza fəaliyyət göstərəcək. Mart ayının ikinci yarısında köhnə bazanın yenidənqurulması tamamlanıb və ikinci bazanın tikintisinə başlanıb. Birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülüb və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılıb və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq.

Hazırda bazada müxtəlif fasilələrlə 4 ədəd çatılı kran fəaliyyət göstərir. Daha 2 ədəd yeni çatılı kran alınıb. Səngəçal istehsalat bazasının ərazisində yoldəyişən qurğuların yığılması üçün yeni meydança da tikilib. Bu, Azərbaycan dəmir yolunun tarixində ilk dəfədir. Ərazidə köhnə inzibati bina sökülüb, yeni ikimərtəbəli inzibati binanın və texnikalar üçün nəzərdə tutulan anqarın tikintisinə başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR