İsrail səfirliyinin II katibi: “Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq”

İsrail səfirliyinin II katibi: “Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq”
# 14 noyabr 2014 13:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfirliyinin ikinci katibi Ronen Krausz deyib.

Azərbaycan daxili işlər nazirinin İsrailə, İsrail müdafiə nazirinin isə Azərbaycana səfər etdiklərini xatırladan R. Krausz hazırda bu cür yüksək səviyyəli səfərlərin reallaşması üzərində işlədiklərini, yaxın zamanlarda nazir və nazir müavinləri səviyyəsində İsraildən Azərbaycana səfərlərin olacağını bildirib.

Diplomat gələn ay “Bakutel” sərgisində İsrailin geniş pavilyonla təmsil olunacağını vurğulayaraq informasiya-kommunikasiya texnologiyaları və kosmik sahədə fəaliyyət göstərən 12 İsrail şirkətinin sözügedən sərgidə iştirak edəcəyini deyib.

R. Krausz həmçinin regional münaqişələrin həlli məsələsinə toxunub. Dağlıq Qarabağ problemi ilə bağlı danışan diplomat ölkəsinin sülh tərəfdarı olduğunu bildirib.

“Biz təcrübəmizə əsaslanaraq münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. Ümid edirik ki, təkcə Fələstin-İsrail və Azərbaycan-Ermənistan münaqişələri deyil, dünyanın müxtəlif yerlərindəki mövcud olan münaqişələr sülh yolu ilə həll olunacaq”, - deyə o vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR