“Azərbaycan Respublikası Milli Atlas”ı qeydiyyata alınıb

“Azərbaycan Respublikası Milli Atlas”ı qeydiyyata alınıb
# 22 may 2015 12:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hazırladığı və elmi-məlumatlı kartoqrafik əsərlərdən ibarət toplu olan “Azərbaycan Respublikası Milli Atlas”ı Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınıb və müvafiq Şəhadətnamə təqdim olunub.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə cəmləşdirən, həmçinin ən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsər olan sözügedən Atlas xalqın zəngin tarixini və dövlətin müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbədir. Həmçinin, müstəqil Azərbaycan dövlətinin “Milli Atlas”ının nəşr olunması gələcək nəsillərdən ötrü, gələcək yüzilliklər, minilliklər üçün elmin bütün sahələrini əhatə edən çox qiymətli ilk mənbənin həyata vəsiqə alması deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR