Gürcüstanın şaftalı ixracatçıları üçün Azərbaycan iki əsas bazardan biridir

Gürcüstanın şaftalı ixracatçıları üçün Azərbaycan iki əsas bazardan biridir
# 04 iyul 2016 13:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Gürcüstan-Rusiya avtomobil yolunun təbii fəlakət nəticəsində bağlanması şaftalı ixracına ciddi zərbə vurub, müvafiq olaraq, məhsulun satış qiyməti kəskin şəkildə aşağı düşüb.

"APA-Economics" "Business Georgia" portalına istinadən xəbər verir ki, bu barədə "Gürcüstanın meyvə şirkəti"nin (region əhalisindən şaftalı alan yeganə şirkət) direktoru Levan Nosadze deyib.

"Gürcüstan-Rusiya avtomobil yolunun bağlanması ixracda bir neçə günlük problem yaradıb. Bununla yanaşı, digər ölkələrə ixracda problem yaşanmır. Məsələn, Azərbaycana ixrac adi rejimdə həyata keçirilir. Bizim çeşidləmə ilə məşğul olan şirkətimiz artıq 1 həftədir ki, 24 saatlıq iş rejimində çalışır. Təbii ki, məhsulun alış qiyməti də enib", - deyə şirkət rəhbəri bildirib.

Onun sözlərinə görə, Gürcüstan üçün əsas ixrac bazarı Azərbaycan, Rusiya və Ermənistan olaraq qalır: "İyun ayının 30-a olan məlumata əsasən, 1000 ton şaftalı ixrac olunub ki, bunun 700 tonu Rusiyanın, 300 tonu isə Azərbaycanın payına düşür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR