Antalyaya gedən azərbaycanlı turistlərin sayı 48% artıb

Antalyaya gedən azərbaycanlı turistlərin sayı 48% artıb
# 20 iyun 2016 15:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Türkiyənin əsas turizm bölgələrindən olan Antalyaya gedən azərbaycanlıların sayında artım müşahidə olunub.


"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu ilin 1-16 iyun tarixlərində Azərbaycandan Antalyaya səfər edən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 330 nəfər və ya 48% çox olub.

Ümumilikdə, Səudiyyə Ərəbistanından Türkiyə gələn turistlərin sayı 51%, İrandan gələnlərin sayı 8,1%, Ukraynadan gələnlərin sayı 100%, Gürcüstandan gələnlərin sayı 70% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR