Biləsvuarda ölümlə nəticələnən yol qəzası baş verib

Biləsvuarda ölümlə nəticələnən yol qəzası baş verib
# 19 sentyabr 2015 09:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 18-də saat 17 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində kənd sakini Hüseynəli Nurəliyevin idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini İlham İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə H. Nurəliyev hadisə yerində ölüb.

Biləsuvar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR