Bakı. Şəhriyar Əlizadə - APA. “BP Exploration” (Caspian Sea LTD) şirkəti məhkəməyə verilib.
APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsinə müraciət edən İlham Mehdiyev şirkətə qarşı işdən çıxarılmaya dair əmrin ləğv, işə bərpa olunması, məcburi iş buraxmaya görə kompensasiya ödənilməsini istəyib. Məhkəmə iddianı qismən təmin edib. Lakin qərarla razılaşmayan İ. Mehdiyev apellyasiya şikayəti verib.
Hazırda Bakı Apellyasiya Məhkəməsində həmin şikayətə baxılır.