Polşa xarici işlər nazirinin müavini Azərbaycana gələcək

Polşa xarici işlər nazirinin müavini Azərbaycana gələcək
# 02 aprel 2013 10:13 (UTC +04:00)

Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Polşalı diplomat Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, nazir müavinləri Mahmud Məmmədquliyev və Xələf Xələfovla görüşəcək. Tərəflər Azərbaycan və Polşa arasında iqtisadi-siyasi münasibətləri, Azərbaycan-AB münasibətlərini, Polşanın Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin möhkəmləndirilməsinə verə biləcəyi töhfələri müzakirə edəcəklər. Qeyd edək ki, bu formatda son görüş 2011-ci ilin dekabrında Varşavada keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR