Məhkəmə Səhiyyə Nazirliyinin icra hakimiyyətinə qarşı iddiasını təmin edib

 Məhkəmə Səhiyyə Nazirliyinin icra hakimiyyətinə qarşı iddiasını təmin edib
# 09 iyul 2016 08:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsində Səhiyyə Nazirliyinin Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə iddianı təmin edib.

Qeyd edək ki, nazirlik Xəzər rayon İcra Hakimiyyətinin Vüqar Zeynalovun adına verilən sərəncamın etibarsız hesab edilməsi barədə iddia qaldırıb. Məhkəmədə üçüncü tərəf kimi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Vüqar Zeynalov iştirak edib.

Məhkəmə nazirliyin iddiasını təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR