Albaniya və Myanma rəhbərləri Azərbaycan prezidentini təbrik ediblər

Albaniya və Myanma rəhbərləri Azərbaycan prezidentini təbrik ediblər
# 02 iyun 2016 16:25 (UTC +04:00)

Bakı – APA. Albaniya prezidenti Buyar Nişani Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, B. Nişaninin məktubunda deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına inkişaf və firavanlıq arzulamaqdan şərəf duyuram. Bu il martın 11-də Bakıda Zati-alinizlə görüşümüzü məmnunluqla xatırlayıram. Həmin görüşdə ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirərək, onları daha da möhkəmləndirmək niyyətimizi vurğulamışdıq. Əminəm ki, sizin Albaniyaya səfəriniz ikitərəfli əlaqələrimizdə yeni, daha əlamətdar bir mərhələnin əsasını qoyacaq.

Fürsətdən istifadə edərək, Azərbaycanın və şəxsən sizin energetika sektorunda, eləcə də TAP boru kəməri layihəsində Albaniyaya göstərdiyiniz dəyərli dəstəyə görə Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm. Zati-aliləri, xahiş edirəm, sizə olan yüksək ehtiramımı qəbul edin”.

İ. Əliyevi həmçinin Myanma İttifaqı Respublikasının prezidenti Thin Cjo təbrik edib: “Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Myanma xalqı adından və şəxsən öz adımdan sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram. Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının əbədi tərəqqisi üçün ən xoş arzularımı bildirirəm. Zati-aliləri, xahiş edirəm, sizə olan yüksək ehtiramımı qəbul edin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR