Bakıda kütləvi dava baş verib

Bakıda kütləvi dava baş verib
# 01 iyun 2015 08:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda kütləvi dava baş verib.

 

APA-nın məlumatına görə, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rövşən Ələddin oğlu Hacıyev ərizə ilə polisə müraciət edərək bildirib ki, Yadigar, Elşən, Ramin, Samir, Məharət , Rəşad, Fərid adlı şəxslər xuliqanlıq zəminində onu və tanışları Elxanı, Səadəti, Elnuru döyüb.

 

Hadisədən sonra həmin şəxslər R. Hacıyevə məxsus 10-RS-706 dövlət nömrə nişanlı “VAZ 21-01” markalı avtomobili təpikləyərək əzib.

 

Hazırda polis ərizə üzrə araşdırma aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR