ABŞ Ticarәt Departamentinin rəsmisi: “ABŞ-Azәrbaycan tәrәfdaşlığı öz uğuru ilә seçilir”

ABŞ Ticarәt Departamentinin rəsmisi: “ABŞ-Azәrbaycan tәrәfdaşlığı öz uğuru ilә seçilir”
# 19 noyabr 2015 08:40 (UTC +04:00)

APA-nın mәlumatına görә, bunu ABŞ Ticarәt Departamenti katibinin kömәkçisinin müavini Maykl Lalli deyib.

Onun sözlәrinә görә, ötәn il iki ölkә arasında ticarәt dövriyyәsi 2 milyard dollara çatıb və bu daha çox aviasiya, peyk sahәsində əməkdaşlığı әhatә edib: "Azәrbaycan vә ABŞ arasında olan iqtisadi münasibәtlәrin hәm dәrinlәşmәsinә, hәm dә genişlәnmәsinә tәkan verәn bir missiyanın rәhbәriyәm. Missiyanın iki әsas mәqsәdi var. Birincisi ondan ibarәtdir ki, iki ölkә arasında iqtisadiyyat vә ticarәt sahәsindә çox vacib potensial var. Missiyamız bu potensialı genişlәndirmәyә səy göstərir. İkincisi, ABŞ şirkәtləri Azәrbaycanda tәrәfdaş tapmağa vә azәrbaycanlılarla birlikdә işlәyәrәk hәm Azәrbaycanda, hәm dә ABŞ-da biznes qurub yeni iş yerlәri yaratmağa çalışırlar. Bu missiya son 7 ildә ABŞ Ticarәt Departamentindәn olan әn yüksәk sәviyyәli sәfәrdir. Bizim heyәt 100-ә yaxın görüşlәr keçirәcәk. Bu görüşlәrdә gәlәcәk hәdәflәr müәyyәn edilәcәk ki, 2016-cı ildә daha böyük nümayәndә heyәti ilә gәlә bilәk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR