Uruqvayın xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələri yerinə yetirilməlidir”

Uruqvayın xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələri yerinə yetirilməlidir”
# 12 mart 2015 08:37 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinə dair ölkəsinin mövqeyini açıqlayarkən deyib.

Nazir bildirib ki, münaqişə beynəlxalq hüquqa uyğun olaraq həll edilməlidir: “Bir ölkə tərəfindən digər ölkənin ərazisinin silahlı işğalına yol verilməməli və münaqişənin nizamlanmasında dövlətlərin ərazi bütövlüyü prinsipi əsas götürülməlidir”.

Xatırladaq ki, bu ilin əvvəlində Uruqvayın əvvəlki xarici işlər naziri Luis Almaqronun beynəlxalq birliyi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa çağırması ilə bağlı məlumat yayılmışdı. Bu ilin 1 martından isə bu ölkədə xarici işlər naziri vəzifəsini Rodolfo Nin Novoa icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR