İran yeni raket sınaqdan keçirib

İran yeni raket sınaqdan keçirib
# 11 fevral 2013 08:15 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran yeni raket sınaqdan keçirib. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə İran müdafiə nazirinin müavini, ölkənin Kosmos Təşkilatının rəhbəri, general-mayor Mehdi Fərəhi açıqlama verib.

Onun sözlərinə görə, “Fekur 90” hava-hava tipli raketi “F-14” qırıcı təyyarələrindən atılıb. M.Fərəhi həmçinin İranın yaxın illərdə 700 kq ağırlığında dünyanın 1000 km-liyinə “Sepehr” adında bir peyk göndərəcəyini də deyib. Eyni zamanda İran Kosmos Təşkilatının rəhbəri 8 aya qədər “Simurq”, “Tulu” və “Zəfər” peyklərinin kosmosa göndəriləcəyini vurğulayıb.

Hazırda yalnız 22 ölkənin peykə sahib olduğunu xatırladan Mehdi Fərəhi bildirib ki, həmin dövlətlərdən 10-u bunu peyk daşıyıcısı vasitəsilə həyata keçirib və İran da onlardan biridir. Nazir müavini həmçinin yaxın günlərdə “Cruise”, “Qadir” və “Nəsr” raketlərinin də sınaqdan keçiriləcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR