Xəzərdə İran-Rusiya hərbi-dəniz təlimləri keçirilə bilər

Xəzərdə İran-Rusiya hərbi-dəniz təlimləri keçirilə bilər
# 22 sentyabr 2015 18:27 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bunu “RİA Novosti”yə hərbi-diplomatik mənbə bildirib.

Qeyd edək ki, İran Hərbi-Dəniz Qüvvələrinin kontr-admiralı Həbibulla Sayyəri bir müddət əvvəl İranın Rusiya ilə birgə hərbi-dəniz təlimləri keçirmək niyyətində olduğunu bildirib. O həmçinin İranın hərbi gəmilərinin yaxın aylarda Rusiyaya səfər edəcəyini qeyd edib.

“Söhbət Xəzərdə hərbi-dəniz təlimlərindən gedir. Rusiya bütün xəzəryanı ölkələr ilə ikitərəfli əməkdaşlıq edir və Xəzərdə mütəmadi birgə təlimlər keçirir. Gələcəkdə bu cür təlimlər İran Hərbi-Dəniz Qüvvələri ilə keçirilə bilər”, deyə mənbə təlimlərin vaxtını açıqlamadan agentliyə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR