Devid Kemeron qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək tədbirlərdə iştirakdan imtina edib

Devid Kemeron qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək tədbirlərdə iştirakdan imtina edib
# 12 mart 2015 14:48 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb. “Hökumətdən bildiriblər ki, Kemeron Krımın ilhaqı və Putinin Ukraynadakı işğalçılığına etiraz əlaməti olaraq Rusiyada müttəfiqlərin İkinci Dünya müharibəsində qələbəsinə həsr olunan bayram tədbirlərində iştirak etməyəcək”, - deyə qəzet yazıb.

D. Kemeronun rəsmi nümayəndəsi də hökumət başçısının Moskvadakı qələbə paradına qatılmayacağını bildirib. O, hazırda tədbirlərdə Britaniyanı təmsil edəcək şəxsin müəyyənləşdirildiyini söyləyib: “Son vaxtlar bizdən Rusiyaya nazir səviyyəsində səfərlər edilməyib. Biz təmsilçini seçərkən bunu nəzərə alacağıq”.

Xatırladaq ki, Almaniya federal kansleri Angela Merkel də qələbə paradında iştirak etməyəcək. Lakin o, mayın 10-da Rusiyaya səfər edərək Vladimir Putinləı birlikdə naməlum əsgərin məzarına əklil qoyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR