“Unibank” rəhbəri Fransanın ali mükafatına layiq görülüb - FOTO

“Unibank” rəhbəri Fransanın ali mükafatına layiq görülüb - <span style="color: red;">FOTO
# 14 aprel 2015 12:03 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov Azərbaycan-Fransa əlaqələrinin inkişafına verdiyi töhfəyə görə, Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı - Fransanın “Fəxri legion kavaleri” ordeninə layiq görülüb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Fransa dövlətinin yüksək dövlət mükafatını bu ölkənin Azərbaycandakı səfiri Paskal Mönye E. Qəribova təqdim edib. Səfir ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsi və əməkdaşlığın gücləndirilməsi istiqamətindəki fəaliyyətinə görə E. Qəribova təşəkkürünü bildirib.

Mükafata görə Fransa rəhbərliyinə minnətdarlığını bildirən E. Qəribov, bu mükafatın onun üçün böyük əhəmiyyət daşıdığını deyib: “Mən bu böyük mükafata və mənim təvazökar əməyimə verilən yüksək qiymətə görə, Fransa prezidentinə dərin minnətdarlığımı bildirirəm. Mənim üçün böyük şərəf və həmçinin böyük məsuliyyətdir ki, tarixdə ilk azərbaycanlı sahibkar olaraq bu mükafata layiq görülmüşəm. Ölkələrimiz arasında uzun illərdir davam edən yüksək dostluq münasibətlərinin inkişafı və daha da möhkəmlənməsi üçün bundan sonra da dəstəyimi əsirgəməyəcəyəm”.

Qeyd edək ki, “Fəxri legion kavaleri” ordeni 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib. Bu orden Fransa qarşısında xidmətləri rəsmi tanınmasının göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR