Əbülfəs Qarayev Uruqvay Şərq Respublikası xarici işlər nazirinin müavini ilə görüşüb

Əbülfəs Qarayev Uruqvay Şərq Respublikası xarici işlər nazirinin müavini ilə görüşüb
# 17 sentyabr 2015 07:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Uruqvay Şərq Respublikası xarici işlər nazirinin müavini Xose Luis Kansela ilə görüşüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Uruqvay Şərq Respublikası arasında 1994-cü ildən qurulmuş diplomatik əlaqələrdən söhbət açılıb və bu əlaqələrin daha da möhkəmləndirib inkişaf etdirilməsindən bəhs olunub.

Xose Luis Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Ə. Qarayev qonağı Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etməyə dəvət edib.

Görüşdə iki tərəf arasında mədəniyyət haqqında ilk Saziş imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR