Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə növbəti imtahan keçirilib

Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə növbəti imtahan keçirilib
# 02 aprel 2013 09:00 (UTC +04:00)

APA-nın məlumatına görə, 27 ixtisas üzrə keçirilən imtahanda 100 vakant yer uğrunda 50 həkim mübarizə aparır. Test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab veriblər ki, bunun da 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlıdır. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə ilk imtahan martın 28-də keçirilib. Bu imtahanda 100 vakansiya uğrunda 27 ixtisas üzrə 110 namizəd mübarizə aparıb. İmtahan nəticələrinə əsasən, 66 nəfər uğur qazanıb, 44 nəfər isə imtahandan kəsilib.

Qeyd edək ki, bu ildən etibarən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. Zamanla yeni vakansiyalar yarandıqca ayda bir dəfə belə imtahanın keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR