İran ilin sonunadək “S-300” raket sistemlərini əldə etmək niyyətindədir

İran ilin sonunadək “S-300” raket sistemlərini əldə etmək niyyətindədir
# 10 noyabr 2015 22:56 (UTC +04:00)

Bakı-APA. İranın müdafiə naziri Hüseyn Dehqan Tehranın cari ilin sonunadək Rusiyadan “S-300” raket sistemlərini əldə etmək niyyətində olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın “PressTV” telekanalı məlumat yayıb.

“Biz Rusiya tərəfi ilə razılığa gələrək kontrakt imzalamışıq. Tehran “S-300” raket sistemlərinin əsas hissəsinin yaxın 2 ay ərzində əldə etmək niyyətindədir”, deyə nazir bildirib.

“Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov “S-300” raket əleyhinə sistemlərin Rusiyadan İrana tədarükünə dair saziş nəinki imzalanıb, hətta artıq qüvvəyə minib.

Qeyd edək ki, Rusiya və İran 2007-ci ildə “S-300” raket əleyhinə sistemlərin tədarükünə dair saziş imzalayıblar. Lakin BMT Təhlükəsiz Şurası İrana qarşı sanksiyaları qəbul etdikdən sonra sazişin icrası dayandırılıb. Buna cavab olaraq İran Beynəlxalq arbitraj məhkəməsinə Rusiyadan şikayət edib. Hazırda tərəflər şikayətin geri çağırılmasına dair danışıqlar aparır.

Rusiya prezidenti Vladimir Putin bu ilin aprelində raket komplekslərin İrana tədarükünə qoyulan qadağanı ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR