Daşqın Şikarov Pakistan Senatının yeni seçilmiş sədr müavini ilə görüşüb

Daşqın Şikarov Pakistan Senatının yeni seçilmiş sədr müavini ilə görüşüb
# 16 aprel 2015 11:59 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Senatının yeni seçilmiş sədr müavini Abdul Qafur Heydari ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, A.Q.Heydarini Pakistan senatının sədr müavini vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edən D. Şikarov Pakistanın Dağlı Qarabağ məsələsində ölkəmizə verdiyi dəstək və Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Ermənistanı dövlət kimi tanımadığı üçün hər bir azərbaycanlının qəlbində pakistanlılara qarşı böyük məhəbbət yarandığını bildirib.

Pakistan Senatı tərəfindən Xocalı soyqırımını tanınmasını əks etdirən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin qəbul olunmasını yüksək qiymətləndirən D. Şikarov işğal olunmuş Azərbaycan ərazilərində 3 may 2015-ci il tarixində planlaşdırılan qondarma “parlament seçkilərini” tanımayan bəyanat verdiyinə görə Senatın sədr müavininə təşəkkür edib. Səfir A. Q.Heydarinin üzvü olduğu Camaat-e Ullama İslam Partiyasının Azərbaycanla olduğu sıx əlaqələri olduğunu, partiyanın lideri Mollana Fazl ul Rehmanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini xatırladıb.

Pakistan Senatının sədr müavini A. Q.Heydari isə ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bu dəstəyin işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd söyləyib.

Görüş zamanı regionda cərəyan edən hadisələr haqqında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR