Xızı rayon Arxiv İdarəsinin əməkdaşına rüşvətə görə 9 il həbs cəzası verilib

Xızı rayon Arxiv İdarəsinin əməkdaşına rüşvətə görə 9 il həbs cəzası verilib
# 11 iyul 2016 13:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xızı rayon Arxiv İdarəsinin keçmiş əməkdaşı Paşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum olunub. Azadlıqda olan P. Məmmədov məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, P. Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinə əsasən təqsirləndirilib. O, rayon sakini Kərimula Kərimovdan arayış vermək üçün 1300 manat rüşvət alıb. İstintaq zamanı onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR