Bakıda beynəlxalq vergi forumu işə başlayıb - FOTOSESSİYA

Bakıda beynəlxalq vergi forumu işə başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 19 fevral 2013 08:23 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, forumda 33 üzv ölkənin, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), IOTA-nın nümayəndələri iştirak edirlər.

IOTA-nın prezidenti Samuel Tannerin də iştirak etdiyi tədbirdə çıxış edən Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, IOTA vergi sahəsində təcrübə mübadiləsinin aparılması və uğurlu hesab edilən təcrübələr barədə ətraflı məlumatların əldə edilməsi baxımından üzv dövlətlər üçün əlverişli platforma rolunu oynayır. Vergilər Nazirliyinin 2002-ci ildən IOTA-nın tam hüquqlu üzvü olduğunu bildirən S.Ələkbərov IOTA çərçivəsində üzv ölkələrin Vergi Administrasiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsinə daim xüsusi diqqət yetirildiyini bildirib.

Son 10 ildə Azərbaycanda ÜDM-in 3 dəfə artığını, qarşıdakı 10 ildə daha iki dəfə artmasının gözlənildiyini bildirən nazir müavini belə sürətli iqtisadi inkişafın tələblərinə adekvat olan vergi inzibatçılığını təmin etmək üçün beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin faydalı olduğunu söyləyib.

IOTA-nın prezidenti S.Tanner Bakı forumunun IOTA-ya üzv dövlətlərin təcrübə mübadiləsi sahəsində atılan növbəti praktiki addımlardan biri olduğunu qeyd edib.

Sonra IOTA-nın plenar sessiyaları işə başlayıb. Üç gün davam edəcək forumun gündəliyinə təşkilatın fəaliyyəti ilə bağlı bir sıra məsələlərin, o cümlədən 2012-2017-ci illər üçün təşkilatın qərarlarının həyata keçirilməsi mexanizmi, vergi ödəyicilərinin inzibati yükünün azaldılması, onlara göstərilən xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi, vergi inzibatçılığı xərclərinin azaldılması və digər bu kimi məsələlərin müzakirəsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR