Dünya fond bazarında səhmlər bahalaşıb, qızıl 20 dollara yaxın ucuzlaşıb

Dünya fond bazarında səhmlər bahalaşıb, qızıl 20 dollara yaxın ucuzlaşıb
# 25 aprel 2015 07:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,12% - 18 080,14 bəndədək, S&P 500 0,23% - 2 117,69 bəndədək, NASDAQ 0,71% - 5 092,09 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,24% - 7 070,70 bəndədək, Fransa CAC-40-ı 0,44% - 5 201,45 bəndədək, Almaniya DAX-ı 0,74% - 11 810,85 bəndədək artıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,83% - 20 020,04 bəndədək, Shanghai 0,81% - 4 702,64 bəndədək azalıb, Hang Seng 0,84% - 28 060,98 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 19,30 dollar azalaraq 1 175,00 dollara, gümüş isə 0,19 dollar ucuzlaşaraq 15,68 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR