APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində 40 nəfər ölüb. Ölənlərdən 7-si uşaqdır.
Təyyarənin göyərtəsində ümumilikdə 48 nəfər olub.
İlkin məlumatda qəza nəticəsində “An-140” tipli təyyarədə olanların hamısının öldüyü bildirilsə də, az sonra İranın nəqliyyat nazirinin köməkçisi Əli Reza Cahangirian “Fars” agentliyinə bildirib ki, qəza zamanı sağ qalanlar var.
“Təyyarə uçuş zolağından 4 mil aralıda qəzaya uğrayıb. Sərnişinlərdən bir neçəsi yaralanıb, onlar xəstəxanaya çatdırılıblar”, - deyə nazir köməkçisi qeyd edib.
Ə. R. Cahangirian onu da əlavə edib ki, təyyarə meşə massivində düşdüyü üçün yerdə ölənlər və dağıntı olmayıb.
İlkin ehtimala görə, qəzaya mühərrikin texniki nasazlığı səbəb olub.
“Sepahan Airlines” şirkətinə məxsus təyyarənin havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğradığı bildirilir.
İranda təyyarə qəzaya uğrayıb, 7-si uşaq olmaqla, 40 nəfər ölüb - VİDEO
10 avqust 2014 11:41 (UTC +04:00)
Asiya
Yaponiyanın xarici işlər naziri qadınların cəmiyyətdəki rolu ilə bağlı açıqlamalarından geri çəkilib
11:40
19 may 2024
İsrailin müdafiə naziri Netanyahuya ultimatum verib və koalisiyadan çıxmaqla hədələyib
09:48
19 may 2024
KİV: Yaponiya yeni nəsil avtomobillər üçün dünya bazarının üçdə birini tutmaq istəyir
09:16
19 may 2024
BMT: Rəfah sakinlərinin demək olar ki, yarısı evlərini tərk edib
06:58
19 may 2024