Polis rəisi: "Sabirabadda hüquqazidd əməllər törədən şəxslər partiya mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında cavab verəcəklər”

Polis rəisi: "Sabirabadda hüquqazidd əməllər törədən şəxslər partiya mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında cavab verəcəklər”
# 29 dekabr 2014 11:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü həbs edilib.

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) ictimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Aqşin Tağıyevin APA-ya verdiyi məlumata görə, rayon sakini Mirilyas Abbasovun şikayəti əsasında Etibar Balamirzə oğlu Fətiyev RPŞ-ə dəvət olunub. E. Fətiyev polisə qarşı xırda xuliqanlıq edib və onun qanuni göstərişlərinə məhəl qoymayıb. E. Fətiyev barəsində toplanmış materiallar baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib. Rayon məhkəməsində hakim Malik Qarayevin sədrliyi ilə keçirilən prosesə E. Fətiyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirli bilinərək, 30 sutka azadlıqdan məhrum edilib

Qeyd edək ki, E. Fətiyev AXCP Gənclər Komitəsinin Sabirabad Rayon Şöbəsinin sədridir.

Sabirabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev isə APA-ya bildirib ki, son günlər Sabirabad rayonunda müxalifət pərdəsi altında gizlənən bir neçə nəfər etdikləri qanun pozuntusuna haqq qazandıraraq guya onların partiya mənsubiyyətinə görə təqib edildiklərini deyirlər: “Lakin ictimaiyyətin diqqətinə çatdırıram ki, Sabirabad rayonu ərazisində ictimai qaydanı pozan və hüquqazidd əməllər törədən şəxslər dini, irqi, partiya mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında cavab verəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR