Prezident Kuboku uğrunda 9-cu çövkən milli atüstü oyunu üzrə yarışlar başa çatıb

Prezident Kuboku uğrunda 9-cu çövkən milli atüstü oyunu üzrə yarışlar başa çatıb
# 22 dekabr 2014 12:36 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə keçirilən Prezident Kuboku uğrunda 9-cu çövkən milli atüstü oyunu üzrə yarışlar başa çatıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində keçirilən yarışlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 16 komanda mübarizə aparıb.

Çövkən oyunu üzrə final görüşündə Bakının “Kövsər” və “Sərhədçi” komandaları üz-üzə gəlib.

Sərhədçilər “Kövsər”i 4:0 hesabı ilə məğlub edərək, Prezident Kuboku uğrunda 9-cu çövkən milli atüstü oyunlarının qalibi adını qazanıb. Komandaya yarışların baş mükafatı Prezident Kuboku təqdim edilib.

Yarışlarda oyunçular çövkən milli atüstü oyunu ilə yanaşı, Papaq, Sürpapaq, Yaylıq və Atüstü güləş oyunlarında da qüvvələrini sınayıb. Nəticələrə görə, Papaq oyunu üzrə 1-ci yerə Oğuz komandası, Sürpapaq oyunu üzrə 1-ci yerə Balakən komandası, Yaylıq oyunu üzrə 1-ci yerə Qəbələ komandası layiq görülüb.

Bütün növ yarışlar üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR