Göygöl sakinini şantaj edən şəxslər tutulub

Göygöl sakinini şantaj edən şəxslər tutulub
# 07 iyul 2014 11:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Göygöl sakinini hədələyərək ondan pul istəyən şəxslər saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Ramil İsmayılovu barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyərək ondan 600 manat alarkən Bakı şəhər sakini Emin Allahverənov və Masallı rayon sakini Əlizamin Abiyev yaxalanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR