Poroşenko Donbasın xüsusi statusu haqqında qanunu təsdiqləyib

Poroşenko Donbasın xüsusi statusu haqqında qanunu təsdiqləyib
# 17 oktyabr 2014 02:29 (UTC +04:00)

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilib.

“Xüsusi qaydalar qeyd olunan ərazilərdə müvəqqəti, 3 il müddətinə tətbiq olunur”, deyə məlumatda qeyd olunub.

Qanunun əsas məqsədinin Donbasda vəziyyətin normallaşdırılması və sakinlərin qayıtması üçün şəraitin yaradılması, həmçinin bu ərazilərin inkişaf etdirilməsi olduğu qeyd olunub.

Sənəddə Donetsk və Luqansk vilayətlərinin sosial-iqtisadi inkişafına dövlət dəstəyinin verilməsi və xüsusi iqtisadi rejimin tətbiq olunması barədə qeyd olunub.

Bundan başqa, sənəddə qeyd olunub ki, ağır cinayətlər törətməkdə şübhəli bilinənlər istisna olunmaqla, silahlı birləşmələrin üzvləri təqib olunmayacaq və cinayət məsuliyyətinə cəlb edilməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR