Azərbaycan hərbçiləri Qazaxıstan hərbi qulluqçuların hazırlıq sistemi ilə tanış olacaq

Azərbaycan hərbçiləri Qazaxıstan hərbi qulluqçuların hazırlıq sistemi ilə tanış olacaq
# 14 mart 2013 07:23 (UTC +04:00)

Bakı-APA. Azərbaycanla NATO arasında imzalanmış “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında bir sıra tədbirlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun APA-ya verdiyi məlumata görə, martın 25-dən 29-dək Almaniyanın Oberamer şəhərində

NATO qüvvələrin qorunması kursu keçiriləcək.

Azərbaycan-Qazaxıstan ikitərəfli əməkdaşlıq proqramına əsasən, 17-20 mart tarixlərində Almatıda Qazaxıstan Müdafiə Nazirliyi hərbi qulluqçuların hazırlıq sistemi ilə tanışlıq olacaq.

Martın 18-19-da isə Gürcüstanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri olacaq.

Bundan başqa, Azərbaycan-Sloveniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, martın 18-dən aprelin 12-dək Sloveniyanın Novo qoritsa şəhərində ingilis dili kursu keçiriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR