“Toran. Saqa. Şəfəq: 2-ci hissə» dünya premyerasından əvvəl Bakıda nümayiş etdirilib - FOTO

“Toran. Saqa. Şəfəq: 2-ci hissə» dünya premyerasından əvvəl Bakıda nümayiş etdirilib - <span style="color: red;">FOTO
# 15 noyabr 2012 13:51 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Bütün dünya kinoteatrlarında artıq çox məşhur və sevilən filmlərdən birinə çevrilən “Toran. Saqa. Şəfəq: 2-ci hissə» “Park Cinema”da ilk əvvəl jurnalistlər üçün nümayiş etdirilib.

APA-nın məlumatına görə, filmin nümayişindən əvvəl yerli media mənsublarını salamlayan “Park Cinema”nın direktoru Namiq Quliyev bildirib ki, film noyabrın 17-də dünya premyerasına çıxarılacaq. Onun sözlərinə görə, müvafiq qurumla saziş imzalanıb: «Media nümayəndələrinin fikirlərini bilmək və onların istirahətini layiqincə dəyərləndirmək əsas istəyimizdir».

Filmin nümayişi boyunca media nümayəndələri həyəcanlı dəqiqələr yaşayıb. «Toran. Saqa. Şəfəq: 2-ci hissə» bitdikdən sonra jurnalistlər «Park Cinema»nın rəhbərliyinə öz təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, filmin əsas qəhrəmanı olan Bella vampirə çevrildikdən sonra tədricən öz yeni təbiətinə öyrəşməyə başlayır. Edvard və Kallenlər ailəsi ona bu işdə çox böyük dəstək göstərirlər. Həm də atıq Bellanın Renesmi adlı qızı və qarşısında bütöv bir əbədiyyət var. Renesmi ilə görüşən Ceykob bu balaca qız üçün bir dosta və məsləhətçiyə çevrilir. Lakin qəhrəmanların qayğısız günləri bitmək üzrədir. Belə ki, Volturiyə Renesmi barədə bir sıra söz-söhbətlər çatıb.


Qeyd edək ki, dramatik fantaziya janrında olan ekran əsərinin rejissoru Bil Kondondur. Rollarda isə Kristen Stuart, Robert Patinson, Teylor Lotner, Eşlı Qrin və başqa aktyorlar iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR