Venesuela hakimiyyəti Çavesin səhhətinin pisləşdiyini bildirib

Venesuela hakimiyyəti Çavesin səhhətinin pisləşdiyini bildirib
# 05 mart 2013 04:41 (UTC +04:00)

Bakı-APA. Karakasın hərbi hospitalında müalicə olunan Venesuela prezidenti Uqo Çavesin səhhəti pisləşib. APA-nın məlumatına görə, bu barədə ölkənin rabitə və informasiya naziri Ernesto Vilyeqas məlumat verib.

«Çavesin nəfəs sisteminin fəaliyyətində problemlər əmələ gəlib», deyə Vilyeqas bildirib.

Onun sözlərinə görə, prezidentin nəfəs yollarında yeni ciddi yoluxma var.

Çaves fevralın 18-də müalicə olunduğu Kubadan ölkəsinə qayıdıb. Kubada prezidentin xərçəng şişi kəsilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR