Tahir Süleymanov: “Ermənistanın Azərbaycanın enerji infrastrukturuna qarşı təhdidləri hələ də davam edir”

Tahir Süleymanov: “Ermənistanın Azərbaycanın enerji infrastrukturuna qarşı təhdidləri hələ də davam edir”
# 22 noyabr 2012 08:09 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov Bakıda “Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmini və mühüm enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu” mövzusunda keçirilən konfransda deyib.

T. Süleymanov qeyd edib ki, indiyə kimi Ermənistan tərəfi Azərbaycanın enerji infrastrukturuna, o cümədən BTC kəmərinə qarşı çoxsaylı təzyiqlərlə dolu bəyanatlar səsləndirib: “Dəfələrlə enerji infrastrukturuna qarşı təxribatlar olub. Bu təxribatların qarşısının alınmasına baxmayaraq təhdidlər hələ də qalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR