Səudiyyə Ərəbistanının neft naziri: “Neftin barelinin qiyməti 20 dollara düşsə belə, OPEС hasilatı azaltmayacaq”

Səudiyyə Ərəbistanının neft naziri: “Neftin barelinin qiyməti 20 dollara düşsə belə, OPEС hasilatı azaltmayacaq”
# 24 dekabr 2014 09:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Neftin bir barelinin qiyməti 20 dollara düşsə belə, OPEC hasilatı azaltmayacaq”.

APA-Economics”in “Middle East Economic Survey” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nuyami bildirib.

“Neftin qiymətinin hansı həddə olmasından asılı olmayaraq, hasilatın azalması OPEC üzvlərinin marağında deyil. Dünya bir də heç vaxt neftin barelini 100 dollar həddində görməyə bilər”, - deyə o, bildirib edib.

“Səudiyyə Ərəbistanı hasilatı azaldarsa, qiymətlər yüksələcək və ruslar, braziliyalılar və ABŞ-da şist qazı hasilatçıları mənim bazardakı payıma sahib olacaqlar. Biz dünyaya söyləmək istəyirik ki, ancaq neft hasilatında yüksək səmərəliliyə malik olan ölkələr bazarda paya layiqdirlər”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR