“Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 11 iyul 2016 15:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan Diplomatik Akademiyasında xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilmiş esse müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


APA-nın xəbərinə görə, mərasimdə çıxış edən Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, 2011-ci ildən indiyədək keçirilən bu müsabiqə nəticəsində geniş şəbəkə formalaşıb: “Əminəm ki, bu, Azərbaycanın dostları şəbəkəsidir. Beynəlxalq əməkdaşlıq bizim gənclər siyasətimizin əsas istiqamətidir”.

Müstəqillik qazandıqdan bəri Azərbaycanın yüksək inkişafa nail olduğunu deyən İ. Babayev ölkənin dünyanın siyasi xəritəsində güclü dövlət olaraq yer tutduğunu diqqətə çatdırıb: “Prezident İlham Əliyevin siyasəti nəticəsində dünyada öz layiqli yerimizi tutmuşuq. Xüsusilə gənclər mövzusu həmişə gündəmdədir və dövlətimizin prioritetlərindən birini təşkil edir”.

Daha sonra müsabiqə qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, esse müsabiqəsi Braziliya, Meksika, Argentina Hindistan, Litva, Monteneqro, Rumıniya, Serbiya, Fransa, Ukrayna və Çexiyanın gəncləri arasında keçirilib. Müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsini xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqatçılarının Azərbaycanı yaxından öyrənmələrini təmin etmək, onlar arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR