İslam Əməkdaşlıq Təşkilatı: Azərbaycanda seçkilər sakit və nizamlı şəkildə keçirilib

İslam Əməkdaşlıq Təşkilatı: Azərbaycanda seçkilər sakit və nizamlı şəkildə keçirilib
# 03 noyabr 2015 08:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Azərbaycanda seçkilər sakit və nizamlı şəkildə keçirilib və seçicilərin yüksək fəallığı onların Azərbaycanda demokratiya və yaxşı idarəçiliyə töhfə vermək istəməsinin göstəricisidir”.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçirilən seçkilərlə bağlı yayılan bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, İƏT parlament seçkilərinin müvəffəqiyyətlə təşkil olunması münasibətilə Azərbaycan Respublikası hökumətini və xalqını təbrik edir.

Qeyd edək ki, İƏT baş katibi Azərbaycan hökuməti tərəfindən alınan dəvətə və İƏT Xartiyasına uyğun olaraq 1 noyabrda Azərbaycanda keçirilən parlament seçkilərinə müaşhidə missiyası göndərmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR