Obama və Olland İŞİD-i məhv etmək niyyətində olduqlarını bəyan ediblər

Obama və Olland İŞİD-i məhv etmək niyyətində olduqlarını bəyan ediblər
# 19 noyabr 2015 21:43 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama və onun fransalı həmkarı Fransua Olland aralarında keçirilən telefon danışığı zamanı İŞİD terror qruplaşmasını məhv etmək niyyətində olduqlarını bəyan ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilib.

İki dövlət başçısı vətəndaşlarının təhlükəsizliyinin necə təmin edilməsini müzakirə ediblər.

Bəyanatda qeyd olunub ki, Fransua Ollandın gələn həftə Vaşinqtona səfəri zamanı prezidentlər Suriyada münaqişənin nizamlanması yollarını və İŞİD-lə mübarizədə gələcək addımları müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR