Daxili işlər naziri Ramil Usubov Bərdədə növbəti qəbul keçirib

Daxili işlər naziri Ramil Usubov Bərdədə növbəti qəbul keçirib
# 09 mart 2013 13:38 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar Bərdə şəhərində növbəti qəbul keçirib.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul vətəndaşların ərizə və şikayətlərinə operativ baxılmasına, müraciətlərinə xüsusi diqqət və qayğı ilə yanaşılmasına dair Azərbaycan prezidenti İlham Əliyevin məlum tələb və tapşırığına uyğun olaraq keçirilib.

Bərdə rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, Tərtər, Naftalan, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Xocalı şəhər və rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.

Daxili işlər naziri tərəfindən qəbul edilən 30 vətəndaşın müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Qalan müraciətlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR