Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarına başsağlığı verib
# 12 aprel 2013 13:33 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada başsağlığı məktubu ünvanlayıb. APA-nın məlumatına görə, Buşəhr vilayətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən dərəcə sarsıldığını qeyd edən dövlət başçısı faciə ilə əlaqədar M. Əhmədinejada, həlak olanların ailələrinə və yaxınlarına, qardaş İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, onlara səbr, yaralananlar və xəsarət alanlara şəfa diləyib, dağıntıların nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

Qeyd edək ki, aprelin 9-da yerli vaxtla saat 16:22-də yerin 12 km dərinliyində Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6.1 bal gücündə zəlzələ baş verib. Nəticədə Kaki, Hörmüc və Kenqan şəhərlərinə ciddi ziyan dəyib. Hörmüc şəhərinin ətrafında iki kənd tamamilə dağıdılıb. Təbii fəlakət nəticəsində 700 ev dağılıb, 39 nəfər ölüb, 950 nəfər də yaralanıb. Ölənlərdən 8 nəfəri 10 yaşlarında olan uşaqlardır. Zəlzələ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında da hiss olunub. İndiyədək ərazidə 90 təkrar təkan qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR