Beyləqanda mənzilə basqın edən şəxs tutulub

Beyləqanda mənzilə basqın edən şəxs tutulub
# 26 mart 2013 12:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Beyləqanda mənzilə basqın edən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 23-də Beyləqan rayonunda yaşayan Elmira Əliyeva rayon polis şöbəsinə müraciət edərək evinə silahlı basqın olduğunu bildirib. Onun sözlərinə görə, həmin gün saat 04.00 radələrində pəncərədən evinə girmiş Ramiz adlı şəxs bıçaqla onu hədələyərək qızıl əşyalarını verməsini tələb edib və ona qarşı qeyri-etik hərəkətlər etməyə cəhd göstərib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Cəfərov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR