Merkel miqrantlar barədə: Biz hamını qəbul edə bilməyəcəyik

Merkel miqrantlar barədə: Biz hamını qəbul edə bilməyəcəyik
# 04 oktyabr 2015 02:49 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Merhkel qeyd edib ki, hazırkı miqrant axını “Avropanın möhkəmliyini sınaqdan keçirir”. Kansler ənənəvi həftəlik video müraciətində Avropanın bu qlobal böhranın həll edilməsinə səy göstərməlidir. “Avropa üçün bu, ilk növbədə, o deməkdir ki, biz miqrasiya proseslərinin lazımi qaydada cərəyan etməsinə nail olmaq üçün birlikdə sərhədləri qorumalıyıq”, deyə Merkel qeyd edib.

Almaniya kansleri qeyd edib ki, hökumət ölkəyə yalnız maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə gəlməyə cəhd göstərən miqrantlara imtina ediləcəyi barədə dəqiq siqnal göndərməlidir. Bununla belə, müharibədən qorunmaqda köməyə həqiqətən ehtiyacı olanlara sığınacaq veriləcək: “Biz bunu daha qətiyyətlə bəyan etməliyik”, deyə Merkel qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR