«Turanbank» gələn həftə yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Turanbank» gələn həftə yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 29 mart 2013 09:55 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 1-dən etibarən «Turanbank» ASC tərəfindən əlavə emissiya edilmiş adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 082 manat, sayı 9 243 ədəd, emissiyanın ümumi həcmi isə 10 000 926 manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 33,3% artaraq 40 mln. manata çatacaq. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvarın 1-nə bankın aktivləri 221,4 mln. manat, kredit portfeli 163,6 mln. manat, depozit portfeli 90,5 mln. manat, məcmu kapitalı 33,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 30 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR