Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyəti ilə bağlı tədbir keçirib - FOTO

Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyəti ilə bağlı tədbir keçirib - <span style="color: red;">FOTO
# 07 mart 2013 08:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin fəaliyyəti ilə bağlı tədbir keçirib.

APA-nın məlumatına görə, Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov tədbirin keçirilməsində əsas məqsədin bələdiyyələrin fəaliyyəti ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilməsi olduğunu deyib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə ötən il ədliyyə orqanlarına inzibati nəzarət qaydasında baxılması üçün daxil olan bələdiyyə aktlarının sayının 60 faiz artaraq 52 mindən çox olduğunu deyib: “Onların normativ hüquqi aktlara uyğunluğu öyrənilərək 1500-dən çoxu nazirliyin təklifi əsasında dəyişdirilib və ya ləğv edilib. İnzibati nəzarətin həyata keçirilməsi nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntusu aşkar olunub və cinayət xarakterli faktlarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib. Eyni zamanda bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 9.000 hektaradək torpaq sahəsinin geri qaytarılması təmin olunub”.

M. Səlimzadə 2012-ci il ərzində 75 seminar, 21 ixtisasartırma kurslarının keçirildiyini və bu maarifçilik tədbirlərinə 6000-dən çox bələdiyyə üzvü və qulluqçusunun cəlb olunduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR